Hər 20 ölümdən birinin səbəbi alkoqoldur


 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2016-cı ildə dünyada alkoqolun həddən artıq qəbul səbəbindən 3 milyondan çox adam ölüb. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, yəni dünyada bu dövrdə hər 20 ölümdən biri tünd spirtli içkilərindən sui-istifadəyə görə baş verib.
 
Alkoqoldan istifadə ilə bağlı ölüm səbəbləri arasında birinci yeri məsələn, yol-nəqliyyat hadisələri, dava-dalaş nəticəsində yaranan ciddi xəsarətlər tutub. İkinci yerdə qida zəhərlənmələri qərarlaşıb, ilk üçlüyü isə ürək tutmaları və insultlar tamamlayır.
 
ÜST-ün hesablamalarına görə, hazırda dünyada 2,3 milyard adam alkoqoldan nisbətən müntəzəm qəbul edir. Orta hesabla gündə bir içən adama 33 q təmiz spirt düşür ki, bu da iki qədəh şəraba, böyük pivə butulkasına bərabərdir. ÜST-ün məlumatına əsasən, 237 milyon kişinin və 46 milyon qadının alkoqolla bağlı problemləri var. Onların əksəriyyəti Avropa və Amerika ölkələrində yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top