Binəli Yıldırım Bakıda hədik payladı - VİDEO


Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçiriləcək təntənəli iclasda iştirak etmək üçün ölkəmizə səfər edən Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda cümə namazı qılıb. 

Cümə namazı üçün Yıldırım Bakı Türk Şəhidliyi məscidinə gəlib. Ona Qırğızıstan parlamentinin spikeri Dastanbek Cumabekov və Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə müşayiət edib. 

Yıldırım namazdan sonra üzərində Türkiyə və Azərbaycan bayraqlarının əks olunduğu hədiyi insanlara paylayıb. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top