İsrail rus təyyarəsinin vurulmasının səbəbini açıqladı


İsrail hərbçiləri rusiyalı həmkarlarına “İl-20” təyyarəsinin vurulması ilə bağlı məlumat veriblər. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, Rusiya təyyarəsinin vurulmasına səbəb kimi Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin nizamsız atəş açması göstərilir.
İsrail ordusundan deyiblər ki, Suriya üzrə İsrail və Rusiya arasında münaqişələrin qarşısının alınması üzrə mexanizm işləməyə davam edir. İsrailin hərbi nümayəndəsi iddia edir ki, ölkəsi Rusiyanı Suriyaya hücum barədə bir dəqiqə əvvəl deyil, daha tez xəbərdar edib. 
 

DİGƏR XƏBƏRLƏR

Top