Bu ölkənin prezidenti əlacı olmayan xəstəlikdən ölüb


Vyetnam prezidenti Çan Dai Kuanq nadir və hazırda müalicəsi olmayan viruslu xəstəliyə tutulubmuş. Vyetnam KİV xəbər verir ki, bu barədə ölkənin Xüsusi Tibbi İdarəsinin rəhbəri Nquen Kuok Çeu məlumat verib. "Ölkə başçısı 2017-ci ilin iyun ayında xəstələndikdən sonra altı dəfə Yaponiyada müalicə olunub. Həmin xəstəliyin müalicəsi müasir tibbdə mövcud deyil, onu yalnız ləngitmək mümkündür”, - Nquen Kuok Çeu deyib.

Qeyd edək ki, Çan Dai Kuanq bu gün 61 yaşında vəfat edib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top