BMT: Dünyadakı yoxsulların yarısı uşaqlardır


BMT-nin İnkişaf proqramı 2018-ci il üzrə Yoxsulluğun kompleks indeksini təqdim edib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, araşdırmaya əsasən, dünyada 1,3 milyard insan yoxsulluq həddindən aşağı yaşayır. Onların 46 faizi “müstəsna yoxsulluq” həddində yaşayır. Daha 879 milyon adam is yoxsulluq həddində yaşayır. Məruzənin müəllifləri bildirirlər ki, bu 879 milyon insan işlərini itirsələr, münaqişə yaranarsa və ya əlverişsiz hava şəraiti olarsa yoxsulluq həddindən aşağı düşə bilər.
Araşdırmaçılar qeyd ediblər ki, yoxsulluq şəraitində yaşayan 662 milyona yaxın nəfər yetkinlik yaşına çatmayanlardır. Yerdəki yoxsul insanların 83 faizi Afrikada və Cənubi Asiyada yaşayır. Afrika əhalisinin 58 faizi yoxsul yaşayır. Cənubi Asiyada bu göstərici 31 faiz təşkil edir. 
 

DİGƏR XƏBƏRLƏR

Top