Bu ölkədə vətəndaşlar iki ilə yaxındır maaşlarını ala bilmirlər

Beynəlxalq yardım təşkilatı “Uşaqları Qoruyun” (Save the Children) Yəməndə bir milyon uşağın aclıq təhlükəsində oduğunu rəsmən açıqlayıb. Yeniavaz.com xarici KİV-nə istinadən xəbər verir ki, təşkilat buna səbəb kimi bir neçə amili göstərib. Hesabatda bildirilib ki, qidalarda qiymət artımı, ölkə valyutasının sürətlə aşağı düşməsi, vətəndaş müharibəsi ailələrin qida əldə etməsini olduqca çətinləşdirib. Bölgəyə göndərilən humanitar yardımlara üsayçılar tərəfində müdaxilə edilməsi və ölkənin giriş qapısı sayılan liman şəhəri Hudeyda da döyüşlərin getməsi qida məhsullarının əhaliyə çatmasını gecikdirir. UQ-nin statistikasına görə ölkədə 5,2 milyon uşağı aclıq təhlükəsi gözləyir. Təşkilat onu da bildirib ki, 27 milyon əhlisi olan Yəmənin 10 milyonu humanitar yardımlar hesabına yaşayır.

3 ildir davam edən müharibəyə görə məmurların maaşının ödənməsində ciddi gecikmələr olub. Digər sahədə çalışan vətəndaşlar isə iki ilə yaxındır maaşlarını ala bilmir. Ölkədə əsas qida məhsulları 68% bahlaşıb. UQ verdiyi açıqlamada bu cür hallar davam edərsə 2018-in sonuna qədər yəməndə 36 min uşağı ölüm təhükəsi gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top