Bakı metrosunun tarixində ən böyük sosial layihə


Əhalinin bütün təbəqələrinin metropolitendən istifadə imkanlarını genişləndirmək məqsədilə “Bakı Metropoliteni” QSC tarixinin ən böyük sosial əhəmiyyətli və genişmiqyaslı layihəsinə start verəcək.

Yeniavaz.com xəbər verir ki, məqsəd əlillərin və sağlamlığı məhdud insanların heç bir məhdudiyyət olmadan metropolitendən təhlükəsiz və rahat istifadə imkanlarını artırmaq və bunun üçün bütün müvafiq şəraiti yaratmaqdır.

Layihənin həyata keçirilməsi üçün bəzi texniki işlər yerinə yetirilməli, müvafiq qaydalar işlənib hazırlanmalıdır. Stansiyalarda konstruktiv hər hansı dəyişiklik nəzərdə tutulmasa da, vaqonlarda (son illərdə alınan müasir tipli beş qatar istisna olmaqla) əlil arabalarının yerləşdirilməsi üçün yerlərin hazırlanması istiqamətində tədbirlərə başlanılıb.

Layihənin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə məsləhətləşmələr aparılır. Layihə qısa zaman ərzində yekunlaşdırılaraq ictimaiyyətin müzakirəsinə çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top