Siyavuş Novruzova nə olub? - "Danışmaq istəmirəm"


Bir vaxtlar mətbuata ən çox müsahibələr verən, aktual məsələlərə münasibət bildirən millət vəkili Siyavuş Novruzov son dövrlər susqunluq nümayiş etdirir.

Hətta gündəmi silkələyən, ən ciddi problemlər olduqda belə cənab Novruzovun mətbuatda münasibətinə ya rast gəlmək olmur, ya da çox az hallarda görünür.
Halbuki bir vaxtlar Siyavuş Novruzov mətbuata o qədər açıqlama verirdi ki, əgər belə demək mümkünsə, insanların gözü də yorulmuşdu. Qəribədir, baş verən bu dəyişikliyə birdən-birə nə səbəb olub?
Yeri gəlmişkən onu da qeyd edək ki, Yeniavaz.com saytı olaraq son ay yarımda müxtəlif məsələlərlə bağlı cənab Novruzova zəng vurub münasibət öyrənmək istəmişik. Əvvəl bildirdi ki, xaricdə istirahətdədir, ölkəyə gələndən sonra zəng vurarıq.
Bir müddət sonra başqa bir aktual mövzu ilə bağlı Siyavuş müəllimə zəng vurduq, “indi iclasdayam, danışarıq” dedi.
Növbəti zəngimizdə Siyavuş müəllim hətta hansı mövzuda sual verəcəyimizi soruşmadan belə “vaxtım yoxdur, danışmaq istəmirəm” deyə cavab verdi.
Bir vaxtlar jurnalistlərin suallarını kifayət qədər ətraflı cavablandırmağa vaxtı olan, zəngləri cavabsız qoymayan Siyavuş Novruzovun indi danışmaq istəməməsinin səbəbi görəsən, nə ola bilər?

DİGƏR XƏBƏRLƏR

Top