ABŞ S-400 aldığına görə bu ölkəyə sanksiya tətbiq etdi

 
ABŞ Çinin Mərkəzi hərbi şuranın təchizi və qoşunların hazırlığı departamentinə və onun rəhbəri Li Şanfuya qarşı sanksiya tətbiq edib.
 
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, buna səbəb Çinin Rusiyanın “Suxoy” şirkətindən 2017-ci ilin dekabrında 10 ədəd “Su-35” qırıcısı, eləcə də bu ilin yanvarında bir neçə ədə “S-400” sistemləri almasıdır.
 
Bildirilir ki, həmin alışlar “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə əks təsir haqqında” qanuna (CAATSA) zidd olduğuna görə Çinə sanksiya tətbiq edilib.
 
Sanksiya nəticəsində Çinin sözügedən departamentinə ixrac lisenziyaları verilməyəcək, ABŞ-ın maliyyə sistemilə əməliyyat aparılmasına qadağa qoyulacaq, ABŞ-ın yurisdiksiyasında olan bütn mülkləri bloklanacaq. Departamentin rəhbərinin ABŞ ərazisinə girişinə qadağa qoyulacaq, onun Amerikadakı hesabları dondurulacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top