ABŞ Rusiyanın 33 vəzifəli şəxsini sanksiya siyahısına saldı

 
ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanın 33 vəzifəli şəxsini sanksiya siyahısına daxil edib. Yeniavaz.com “Moskovskiy Komsomolets” qəzetinə istinadla xəbər verir ki, bunu ABŞ Administrasiyasının nümayəndəsi deyib.
 
Onun sözlərinə görə, bütün bu şəxslər Rusiyanın müdafiə-sənaye kompleksi ilə bağlıdırlar və ya müdafiə və kəşfiyyat sektorlarının maraqlarına uyğun fəaliyyət göstərirlər. Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ bununla CAATSA (“Amerika düşmənlərinə qarşı sanksiyalar vasitəsi ilə əks təsir haqqında”) qanunun 2-ci bölməsinin fəaliyyətini yerinə yetirir. Vaşinqton bunu Rusiyanın Ukraynaya qarşı aqressiyasına, Krımın ilhaqına, kiber müdaxilə və hücumlara, 2016-cı ilin seçkilərinə müdaxiləyə və digər qərəzli hərəkətlərə görə cavab qismində edir.
 
Dövlət Departamentindən qeyd ediblər ki, CAATSA-dan bundan sonra da qızğın surətdə tətbiq etmək niyyətindədirlər və bütün ölkələri bütün dünyada fəlakətli fəaliyyətlər səbəbindən Rusiyanın müdafiə və kəşfiyyat sektorları ilə əlaqələri dayandırmağa çağırıb. O cümlədən, sanksiya siyahısına “Vaqner” özəl hərbi şirkəti, “Oboronloqistika”, “Su” təyyarələrini istehsal edən Qaqarin adına Komsomolskiy zavodu salınıb.
 

DİGƏR XƏBƏRLƏR

Top