Ağstafada ər-arvad qonşuları tərəfindən döyülüb - FOTO



Ağstafa rayonunda ər-arvad qonşuları tərəfindən döyülüb.

Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakinləri - 1987-ci il təvəllüdlü Ramiz Aslan oğlu Sultanov və həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aliyə Zahid qızı Sultanova qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər ikisi xəstəxanaya yerləşdirilib və lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanırmış.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top