At maşını bu hala salıb - Goranboyda


Gecə Goranboyda ağır yol qəzası baş verib. Yeniavaz.com xəbər verir ki, hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsü qəflətən qarşısına çıxan atı vurub və nəticədə maşın yol kənarına aşıb. Zərbənin gücündən deformasiyaya uğrayan avtomobildə olan, 23 yaşlı Elnur Zeynalov, 25 yaşlı Asif Məmmədov və 24 yaşlı Tanırverdi Orucov müxtəlif bədən xəsarətləri alıblar.
Zərərçəkənlər Xəstəxanaya çatdırlıb. Tibb ocağından verilən məlumata görə, yaralılardan sonuncunun vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. 
Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top