Tramp ABŞ tarixinin ən böyük səhvini açıqladı


Yaxın Şərqdə hərbi kampaniya ABŞ üçün ən böyük səhv olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, keçmiş Prezident kiçik Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi ABŞ tarixində ən böyük səhv olub. Lakin D. Tramp qeyd edib ki, sabiq ABŞ Prezidenti Barak Obama da oradan əsgərləri çıxarmaq bəlkə də düzgün etməyib. D. Tramp minlərlə insanın həlak olmasını xatırladaraq əlavə edib ki, AB. Yaxın Şərq kampaniyasına 7 trilyon dollar xərcləyib.
Qeyd edək ki, Pentaqonun hesablamalarına görə, 2001-2018-ci illər ərzində İraq, Əfqanıstan və Suriyada hərbi fəaliyyətlərə çəkilən xərclər 1,52 trilyon dollar təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top