Plastik cərrahlar üzü güclü şəkildə yanmış Elviraya yardım etmək qərarına gəliblər

Azərbaycanın plastik cərrahları stilist Anar Ağakişiyevin Before/after layihəsinin iştirakçısı olmuş üzü güclü şəkildə yanmış Elviraya yardım etmək qərarına gəliblər.

 

Bunu Elvira özü Instagram-dakı səhifəsində yazıb. O, həkimlərin müayinəsindən sonrakı şəklini də paylaşıb.

"Yeni əməliyyata hazırlıqla əlaqədar olaraq cərrahlar məni müayinə etdilər. Allah qoysa, hər şey yaxşı olacaq" — Elvira yazıb. 
Anar Ağakişiyev öz layihəsi zamanı bu qızın illərdir xəyalını qurduğu gəlinlik obrazını yaradıb. Qız bu zaman həm də yaşından xeyli gənc və olduğundan gözəl görünüb. Bundan sonra həkimlər Elviraya kömək etmək qərarına gəliblər. Onlar qızın üzünü estetik əməliyyat edəcəklər. Gənc qıza yeni üz bəxş etməyi bacaracaqlarmı, bunu zaman göstərəcək.

Qeyd edək ki, Elvira Anar Ağakişiyevin layihəsində iştirak edən yeganə üzü problemli qız deyil. Ona qədər Ağakişiyev uşaq vaxtı üzü yanmış Nərmin adlı digər qızı da kosmetik vasitələrin köməyi ilə dəyişib. Bu barədə çarx yayımlanandan sonra xaricdən çoxsaylı həkimlər ona kömək etmək təşəbbüsü ilə çıxış ediblər. Hazırda həmin qız Moskvadadır.

(Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top