Telman İsmayılovun keçmiş sürücüsü saxlanıldı

 
Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun sabiq sürücüsü Vladimir Qusakov 2004-cü ildə müğənni Avraam Russonun oğurlanması işi üzrə saxlanılıb. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, V. Qusakov əvvəlcədən sövdələşərək bir qrup şəxs tərəfindən zorakılıq tətbiq edilməklə törədilən insan oğurluğunda ittiham olunur.
 
İstintaq müəyyənləşdirib ki, cinayətdə azı yeddi nəfər iştirak edib. İnsan oğurluğu işi üzrə ötən gün T. İsmayılovun bacısı oğlu, “Praqa” restoranının eks-baş direktoru Zaur Mərdanov saxlanılıb.
 
İstintaqın ilkin versiyasına əsasən, T. İsmayılov 2004-cü ilin yanvarında A. Russonun oğurlanması planını hazırlayıb. O daha əvvəllər müğənninin konsert fəaliyyətini maliyyələşdirib, lakin sonradan biznesmen və müğənni arasında münaqişəyə görə bu əməkdaşlıq dayandırılıb.

DİGƏR XƏBƏRLƏR

Top