Prezidentin vəzifəyə təyin etdiyi Sadıq Sadıqov məşhur həkimin oğlu imiş


Xəbər verdiyimiz ki, Prezident  İlham Əliyevin bu gün imzaladığı sərəncamla Sadıq İzzət oğlu Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədri təyin edilib.

Sadıq Sadıqov 2015-2016-cı illərdə "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə Prezident İlham Əliyevin sərəncamı ilə Sadiq Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 

Nəhayət bugünkü təyinat S.Sadıqovu Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədri vəzifəsinə gətirib.

Qeyd edək ki, Sadıq Sadıqov məşhur həkim İzzət Sadıqovun oğludur.
(Modern.az)

DİGƏR XƏBƏRLƏR

Top