Koçaryan: Putinə yalan danışmamışam



“Səkkiz il mənim prezidentliyim və Vladimir Putinin prezidentliyi dövründə biz əməkdaşlıq etmişik. Münasibətlər tamamilə düzgün olub”.

Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, bunu Ermənistanın sabiq Prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, V. Putinlə bir-birinə heç vaxt yalan danışmayıblar: “Bu münasibətlər çox səmimi, açıq və vasitəsiz olub. Mən və o həmişə hesab etmişik ki, problemlər barədə birbaşa danışmaq, onları həll etmək, razılığa gəlmək lazımdır. Belə uzunmüddətli əməkdaşlıq insani baxımdan da bizi yaxınlaşdırdı. Prezidentlik dövrümdən sonr da təmaslarımız davam edib. Mən onları nümayiş etdirərək kapital qazanmağa çalışmamışam”.

DİGƏR XƏBƏRLƏR

Top