Fələstin Krımı Rusiya ərazisi kimi tanımağa hazırlaşır



Fələstin hakimiyyəti Moskvanın Krımla bağlı mövqeyini dəstəkləyir.

Yeniavaz.com “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bunu Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl deyib.

O bildirib: “Bizim bu mövzu üzrə mövqeyimiz kifayət qədər aydındır. Krımda nəyin baş verdiyini gözəl başa düşürük və bu məsələ üzrə Rusiyanın addımını dəstəkləmək mövqeyimizi təsdiq edirik. Biz öz müqəddəratımızı təyinetmə hüququnun tərəfdarıyıq və hesab edirik ki, istənilən digər xalqın bu hüququ var”.

Səfir qeyd edib ki, Fələstin gələcəkdə Krımın Rusiyaya mənsub olduğunu rəsmi səviyyədə tanıya bilər: “Bu, ikitərəfli əsasda vacib məsələlərin müzakirəsindən sonra baş verə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top