Bəxtiyar Vahabzadənin oğlu: "Vəzifədə oturanların 70-80 faizinin həyat yoldaşı, anası ermənidir" - VİDEO


"Məni heç vaxt Elmar Məmmədyarovun yerinə qoymazlar, çünki mənim damarlarımda milli qan axır". Yeniavaz.com xəbər verir ki, bu sözləri xalq şairi Bəxtiyar Vahabzadənin oğlu, Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahabzadə jurnalist Əvəz Zeynallıya verdiyi müsahibədə deyib.
İl yarımdır xaricdən gəldiyini və işsiz olduöunu bildirən İsfəndiyar Vahabzadə qeyd edib ki, Avropadan tənqidlər gələn zaman Siyavuş Noruz çıxıb bildirdi ki, ziyalı ailəsi kimi İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, Ziya Bünyadovun ailəsi çıxıb bu tənqidlərə cavab verməlidirlər. "İndi mən sporuşmaq istəyirəm ki, sən heç maraqlanmısanmı, ay Siyavuş Novruz, Ziya Bünyadovun oğlu niyə Xarici İşlər Nazirliyindən işdən qovulub. İsmayıl Şıxlının oğlu niyə işləmir. Bəxtiyar Vahabzadənin oğlunun il yarımdır nə yediyi, nə içdiyilə niyə maraqlanmırsınız".
Müsahibəsində Xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan dilini bilməməsini sərt şəkildə tənqin edən İsfəndiyar Vahabzadə İsveçrədə səfir olduğu zaman şahidi olduğu hadisəni danışıb. O bildirib ki, bir dəfə İsveçrədə  Türkiyənin, Ermənistanın və Azərbaycanın Xarici işlər nazirləri görüşüb. Həmin görüşdə Türkiyənin Xarici işlər naziri hansı dildə danışacaqlarını soruşub. Ermənistanın xarici işlər naziri  türk dilində cavab verib ki, mənim üçün fərqi yoxdur. Elmar Məmmədyarov isə rus dilində bidirib ki, məni baxışlayın mən Azərbaycan dilində pis danışıram. İsfəndiyar Vahabzadə əlavə edib ki, deməli kimlərəsə sərf edir ki, Azərbaycan dilini bilməyən şəxs Xarici işlər naziri olsun.
Bəxtiyar Vahabzadənin oğlu səfir işlədiyi zaman Xarici işlər nazirliyinin 18 nəfər əməkdaşının həyat yoldaşları və analarınınsı erməni olduğu barədə rəsmi qurumlara məktub yazdığını bildirib: "Elmar Vəliyevi vuran haqqında dedilər ki, anası ermənidir. Əgər elə cəsarətliniz varsa, bizim vəzifədə oturanların 70-80 faizinin həyat yoldaşının, anasının erməni olduğunu da deyin".

 
 

DİGƏR XƏBƏRLƏR

Top