Türkiyə vətəndaşı olmaq asanlaşdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əcnəbilərin ölkə vətəndaşlığına qəbul olunması şərtlərini asanlaşdırıb. Yeniavaz.com “Habertürk” saytına istinadla xəbər verir ki, R. T. Ərdoğan bununla bağlı müvafiq fərman imzalayaraq Türk Vətəndaşlığı Qanuna bəzi dəyişikliklər edib.
Dəyişikliklərə əsasən, türk vətədnaşlığı almaq istəyən əcnəbi əvvəllər olduğu kimi Türkiyəyə 2 milyon dollar deyil, 500 min dollar məbləğində sərmayə qoymalıdır. Bundan başqa, Türkiyədə daşınmaz əmlak sahibi olan əcnəbilərin vətəndaşlığa qəbul olunması üçün onlar minimum daşınmaz əmlak sahəsinə 250 min dollar sərmayə qoymalıdır. Əvvəl bu rəqəm 1 milyon dollar olub. Bununla belə, əcnəbi mülkiyyətini üç il ərzində satmamalıdır.
Həmçinin, əcnəbi Türkiyə vətəndaşı olmaq istəyirsə, onun türk banklarındakı əmanət miqdarı 500 min dollar (əvvəl 3 milyon dollar) olmalıdır. Həmin məqsədlə daşınmaz əmlakla məşğul olan yerli investisiya fonunda 1,5 milyon dollar əvəzinə 500 min dollar sərmaə qoymaq olar.
 

DİGƏR XƏBƏRLƏR

Top