“Apple” İrlandiyaya 14,3 milyard avro vergi ödədi

ABŞ-ın “Apple” korporasiyası əsassız vergi güzəştlərinə görə kompensasiya qismində İrlandiya hökumətinin xüsusi qurduğu depozit hesabına 14,3 milyard avro köçürüb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu İrlandiyanın dövlət xərcləri və islahatları naziri Paskal Donohyu deyib.

 

O cümlədən vaxtı ötmüş ödənişlər üzrə faizlər 1,2 milyard avro təşkil edib. P. Donohyunun sözlərinə görə, İrlandiya hökuməti Avropa Komissiyasının (AK) “Apple işi” üzrə fikrilə yenə də razılaşmır və öz mövqeyini, həmçinin məhkəmə instansiyalarında qorumağa çalışıb.

 

AK 2016-cı ilin avqustunda “Apple”dan İrlandiyaya əsassız vergi güzəştlərinə görə təzminat verməyi tələb edib. AK-ın məlumatına görə, “Apple” 2003-cü ildən 2014-cü ilədək İrlandiyada baza faiz dərəcəsi 12,5 faiz olduğu halda 1 faizədək vergi ödəyib.

 

Bu ona görə baş vermişdi ki, “Apple”ın Avropadakı bütün satışları məhsulun reallaşdığı ölkələrdə deyil, İrlandiyada qeydiyyata alınmışdı. İrlandiyadakı vergi rejimi Amerika korporasiyasına Avropa İttifaqındakı məhsulların satışından əldə olunan mənfəətə görə vergi ödəməmək imkanı verirdi. İrlandiya isə bəyan edib ki, “Apple”a heç bir xüsusi şərait təşkil etməyib və korporasiya ölkə qanunvericiliyinə uyğun işləyib.

DİGƏR XƏBƏRLƏR

Top