İsrail Rusiya təyyarəsinin vurulması ilə bağlı: Əsəd günahkardır



İsrail sentyabrın 17-də Rusiyanın “İl-20” təyyarəsinin heyət üzvünün həlak olmasına görə təəssüfünü ifadə edir.

Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir: “İsrail Suriya zenit atəşilə vurulan Rusiya təyyarəsinin heyət üzvünün həlak olmasına görə kədərlənir. İsrail Hərbi Hava Qüvvəəri gecə Suriya Silahlı Qüvvələrinin obyektlərini bombalayırdı. Həmin obyektlərdə İran adından Livandakı “Hizbullah” hərəkatına verilməli olan dəqiq və ölümcül silahın istehsalı həyata keçirilirdi. Bu silah İsrailə hücum üçün nəzərdə tutulurdu və təhlükə törədirdi. İsrail hərbçilərinin Rusiya təyyarəsini vurduğu Əsəd rejiminin insidentə görə tam məsuliyyət daşıdığını hesab edir. İsrail, həmçinin İran və “Hizbullah” terror təşkilatını bu insidentə görə məsuliyyətli olduğunu hesab edir. Suriya ordusu Rusiya təyyarəsini vuran raketləri buraxanda İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları artıq İsrailin hava məkanındaydı”.

DİGƏR XƏBƏRLƏR

Top