“Coca-Cola” marixuana dadı verən içki buraxacaq



ABŞ-ın “Coca-Cola” korporasiyası Kanadanın marixuana dadlı içkilər istehsal edən “Aurora Cannabis” şirkəti ilə danışıqlar aparır.

Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, mənbənin sözlərinə görə, söhbət kannabidiol (CBD) tərkibli qazlı içkinin birgə hazırlanmasından gedir. 

Kannabidiol çətənə yarpaqlarının tərkibindəki komponentdir, lakin psixoaktiv təsir göstərmir. Kanada və ABŞ-ın şirkətləri bu məlumatı nə təkzib, nə də təsdiq edib. “Coca-Cola”dan deyiblər ki, CBD tərkibli içkilərin istehsalıilə bağlı vəziyyəti diqqətlə izləyirlər. 
 

DİGƏR XƏBƏRLƏR

Top