Yeni avrolar təqdim olundu: pul kisəsində qırışmayacaqlar


Avropa Mərkəzi Bankı (AMB) 100 və 200 avro nominallı yenilənmiş əskinasları təqdim edib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, əskinasların xələfləri ilə müqayisədə saxtakarlıqdan daha yaxşı qoruyan sistemi, digər dizaynı və ölçüsü var. 

Pul nişanələri 2019-cu il mayın 28-də tədavülə buraxılacaq. 100 və 200 avroluq əskinaslar 50 avro nominallı əskinasların hündürlüyünə uyğun hazırlanıb, bu da onların daha gec köhnəlməsini təmin edir, çünki bankomatlar eyni hündürlüyə malik pul nişanlarını daha asan emal edirlər. 

Bundan başqa, əskinaslar pul kisələrində qırışmayacaq. 100 və 200 avroların uzunluğu dəyişmər olaraq qalır - əskinas nə qədər uzun olarsa, onun qiyməti bir qədər yüksək olar. 

Əskinasa işıqda baxanda suadamı nişanı – qədim yunan mifologiyası qəhrəmanının portreti görünür. Əskinasın rəngi eyni qalıb – 100 avro yaşımtıl, 200 avro isə sarımtıl-qəhvəyi. 
 

DİGƏR XƏBƏRLƏR

Top