Putin Ərdoğanla Suriya probleminin həll yollarını axtaracağını bildirib​ - Yenilənib

Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların əvvəlində Suriya nizamlanmasının bütün məsələlərini müzakirə etmək və həll yollarını tapmaq niyyətində olduğunu bəyan edib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, V. Putin iki ölkə arasında münasibətlərin olduqca enerjili və müsbət inkişaf etdiyini vurğulayıb.

O bildirib: “Bu ticari-iqtisadi əlaqələrimizə də şamildir. Bu əlaqələrimiz olduqca yüksək templə böyüyür, bu, xüsusən regionda, sözün böyük mənasında isə beynəlxalq arenada təhlükəsizlik xətti üzrə əməkdaşlığımıza aiddir. Bir çox məsələlər var, üstəlik çox mürəkkəb məsələlər. Təkcə bütün bu məsələlər üzrə fikir mübadiləsi aparmaq deyil, həllini gözləyən məsələlərin həll yollarını tapmaq baxımından sizi burada görməkdən şadam. Görüşlərimiz kifayət qədər müntəzəm keçirilir. Bununla belə siz Rusiyaya axırıncı dəfə bir il əvvəl səfər etmisiniz”.

16:25***

Rusiya Prezidenti Vladimir Putinlə görüşün yekunları üzrə veriləcək bəyanat çox vacib olacaq. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə görüşdə deyib.

O bildirb: “Hərbi, iqtisadi və bir çox sahədə fikirlərimiz bir-birini gücləndirəcək səviyyədədir. Hazırda regionun deyil, bütün dünyanın gözü inanıram ki, bu gün Soçidədir. Soçidən veriləcək açıqlama bölgə üçün fərqli ümid olacaq”.

Qeyd edək ki, Soçidə tərəflər arasında başlayan görüşün əsas mövzusu İdlib ətrafında vəziyyət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top