Pambıq və kartof istehsalı azalıb

Bu ilin sentyabr ayının 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99 faizi, yaxud 1 milyon 41,1 min hektarı biçilib və həmin sahələrdən 3 milyon 36,3 min ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz çox məhsul götürülüb. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, orta hesabla hər hektardan əldə edilən məhsul 29,2 sentner təşkil edib.

Bundan əlavə, məhsulu toplanan 12,8 min hektar qarğıdalı sahəsindən 81,4 min ton məhsul toplanıb, hər hektardan orta hesabla 63,8 sentner qarğıdalı dəni götürülüb. Qarğıdalı dəni nəzərə alınmaqla ölkə üzrə taxıl istehsalı 3 milyon 117,7 min ton olub.

Məhsul yığımı başlanandan sentyabr ayının 1-dək sahələrdən 1 milyon 153,3 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz çox tərəvəz, 642,8 min ton (9,1 faiz az) kartof, 372,2 min ton (7,1 faiz az) bostan məhsulları, 362,2 min ton (0,8 faiz çox) meyvə və giləmeyvə, 37,8 min ton (0,3 faiz çox) üzüm, 695,1 ton (37,2 faiz çox) yaşıl çay yarpağı, 90,3 min ton (46,1 faiz çox) şəkər çuğunduru, 21,1 min ton (24,2 faiz az) günəbaxan, 157 ton (66,3 faiz az) pambıq və 3 min ton (1,3 faiz çox) tütün yığılıb.

DİGƏR XƏBƏRLƏR

Top