Ərdoğan Rusiyaya səfər edəcək

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiyaya işgüzar səfər edəcək.

Yeniavaz.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, sabah Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı arasında görüş keçiriləcək. Dövlət rəhbərləri ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə həmçinin Suriya münaqişəsinin nizamlanması da müzakirə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top