12 yaşlı mingəçevirli qız Vandamın etdiyini təkrarladı - FOTOLAR

Akrobatik hərəkətlər, avtomobil üzərində qeyri-adi bacarıqlar göstərir. Bunu hər hansı oğlan uşağı deyil, zərif cinsin 12 yaşlı nümayəndəsi edir. Mingəçevirdə yaşayan Jalə İsayeva yaşının az olmasına baxmayaraq, idman hərəkətlərini ustalıqla həyata keçirir. Yeniavaz.com xəbər verir ki, baba himayəsində böyüyən şəhər sakini 8 yaşından məşq etməklə istəyinə nail olub. Jalə İsayeva Jan Klod Van Damın ahıl yaşında gerçəkləşdirdiyi qeyri-adi bacarığı 12 yaşında həyata keçirib. O həmin aktyorun filmlərini izlədikdən sonra bu həvəsə gəlib.

3 bacının əkiz tayı olan Jalə doğulan gündən Mingəçevirdə, babası Tofiq İsayevin himayəsində böyüyüb. Baba nəvədə olan istedadı görüb həyacanlanmaqla yanaşı, qürur duyduğunu da deyir. O qızcığazın hərəkətdə olan avtomobil üzərində "şpaqat" açıb rahat dayanmasını, onun qorxmaz olması ilə əlaqləndirirlər.

Jalə Mingəçevirdəki 18 saylı məktəbin şagirdidir. İdman müəllimi olmağı düşünən Jalə İsayeva etdiyi qeyri-adi hərəkətlərlə rekordlar kitabına düşməyə də yaxındır. O, gələcəkdə iritonnajlı avtomobillərin üzərində məşhur aktyorun hərəkətlərini təkrarlaya biləcəyinə ümidlidir.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top