Gəncənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib

Gəncənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edilib.

Yeniavaz.com xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Mircəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə iştirak edib, təhsil müəssisəsinin valideyn, müəllim və şagird kollektivini “Bilik günü” və yeni dərs ilinin başlaması münasibəti ilə təbrik edib.

O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Son illər Heydər Əliyev Fondunun xətti ilə bir çox məktəbdə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni tədris korpusları inşa edilib. Təhsil ocaqlarında yaradılan bu şərait təhsilin inkişafından xəbər verir. Gəncə məktəblərindən məzun olan şagirdlərin qəbul imtahanlarında əldə etdikləri uğurlar sevindiricidir. Bu nəailiyyətlərin davamlı olacağına, daha da yüksək nəticələrin əldə ediləcəyinə inam ifadə olunub.

M.Paşayev adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev çıxış edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O qeyd edib ki, hazırda məktəbdə 2700 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 185 müəllim məşğul olur. Şagirdlər 99 sinifdə komplektləşdirilblər. 2017-2018-ci tədris ilində 39 nömrəli tam orta məktəbi 134 şagird bitirib. Onlardan 121 nəfəri ali məktəblərə sənəd verib, 86-sı tələbə adını qazanıb. Ali məktəblərə qəbul imtahanlarında 5 nəfər 600-dən, 20 nəfər isə 500-dən yuxarı bal toplayıb. Məktəbin qəbul faizi 71% təşkil edib.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov bildirib ki, Gəncənin 46 tam orta məktəbində 40 083 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 3868 müəllim məşğul olur. Gəncədə fəaliyyət göstərən məktəblərdə təhsil almaq üçün 4200 şagird elektron qeydiyyatdan keçib. Onlar 183 sinifdə komplektləşdirilblər. Tədbirdə məktəbin valideyn və şagirdləri də çıxış ediblər. “Bilik günü”nə həsr olunan şeirlər səsləndirilib. Daha sonra musiqi və alqış sədaları altında 2018-2019-cu tədris ili üçün “İlk zəng” çalınıb.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top