ABŞ-ın eks-prezidentinin evi hərracda satıldı

ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın Los-Ancelesdəki evi 6,45 milyon dollar satılıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, ikimərtəbəli ev 1983-cü ildə tikilib.

R. Reyqan ötən əsrin 40-cı illərində evi alıb və orada özünün ilk həyat yoldaşı olan aktrisa Ceyn Uaymanla yaşayıb. Onların boşanmasından sonra ev 1949-cu ildə aktrisaya qalb. C. Uayman 2007-ci ildə vəfat etdikdən sonra evin kimə qaldığı bildirilmir.

O, bu ilin iyun ayında 7 milyon dollara satışa çıxarılıb. Alıcının adı qeyd olunmur. R. Reyqan ABŞ-ın 40-cı prezidentidir (1981-1989-cu illər).

DİGƏR XƏBƏRLƏR

Top