Türk kəşfiyyatı Suriyada daha bir əməliyyat keçirdi: 9 terrorçu tutuldu

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatında baş leytenant Oğuz Kaan Usta və çavuş Mehmet Muratdağını şəhid edən terrorçu qrup Jandarmeriya və Milli Kəşfiyyat Təşkilatının (MKT) Suriyada keçirdiyi əməliyyat zamanı ələ keçirilib. Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, hadisənin ardından şəhid O.K. Ustanın nəşini də qaçıran 9 terrorçu Hataya gətirilib.

O. K. Usta və M. Muratdağı 2018-ci il yanvarın 23-də Öməruşağı kəndi ərazisində şəhid edilmişdilər. Şəhidin qaçırılan nəşi təqribən 2 ay sonra toqquşmanın baş verdiyi ərazidən 14 kilometr aralıda tapılaraq Kayseriyə gətirilərək dəfn edilib.

Jandarmeriya və MKT hərbçiləri şəhid edən və nəşi qaçıran 9 terrorçunu Suriyanın Afrin Raco bölgəsində keçirdiyi əməliyyat nəticəsində ələ keçirib. Hatay valisi Erdal Ata əməliyyatın sentyabrın 3-də keçirildiyini bildirib. Onun sözlərinə görə, tutulanlar PKK/KCK-PYD/YPG terror təşkilatının üzvləridir.

DİGƏR XƏBƏRLƏR

Top