ABŞ şirkəti Azərbaycanda məmurlara rüşvət verdiyi üçün 14 milyon dollar cərimələndi

ABŞ-ın Konnektikut ştatında fəaliyyət göstərən "United Technologies" korporasiyası başqa ölkələrin rəsmi şəxslərinə rüşvət verdiyi üçün 13,9 milyon dollar cərimə ödəməli olacaq. Yeniavaz.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ABŞ şirkət Azərbaycanda, Çində və digər Asiyanın ölkələrində qanunsuz ödənişlər edib, xarici ölkə rəsmilərinə qiymətli hədiyyələr verib ki, o ölkələrdə biznes qira bilsin. Bildirilir ki, Təhlükəsizlik və Mübadilə Komissiyası səslənən iddiaların hamısını sübut edib.

Həmçinin bildirilir ki, araşdırma 2013-cü ildən başlanılıb. "United Technologies" korporasiyasının Azərbaycanda "United’s Otis Elevator Co" filialı fəaliyyət göstərib və Bakıda binalar üçün lift və avadanlıqlar satmaq üçün 2012-2014-cü illərdə vəzifəli şəxslərə rüşvət verib.

Rüşvətin hansı məmumurlara verildiyi barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun və ailəsinin dəbdəbəli həyatı barədə mətbuatda kifayət qədər məlumat yayılıb. Mətbuatın yazdığına görə Bakı Lift İdarəsinin baş direktoru qızının toy mərasimi üçün 400 min dollar vəsait xərcləyib. Sosial şəbəkələrdə Qüdrət Şükürovun qızının Maldiv adalarında istirahətindən, bahalı maşınlar və özəl yaxtalardan istifadə etməsilə bağlı video çəkilişlər yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top