BMT-nin baş katibi: “ABŞ-ın yumşaq gücü azalır”

ABŞ-ın yumşaq güc alətlərindən istifadə etmək imkanları azalır. Yeniavaz.com RT-yə istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş deyib.

Onun sözlərinə görə,Vaşinqton bir çox münaqişəyə cəlb olunduğundan belə vəziyyət yaranıb: “Fikrimcə, ABŞ-ın hazırda yumşaq gücdən istifadə imkanları azalır. ABŞ hazırda bir sıra müxtəlif növ münaqişəyə cəlb olunub”.

A.Quterreş qeyd edib ki, bununla da Amerika cəmiyyətinin cəlbediciliyi getdikcə daha az nəzərə çarpır: “Bir dövlətin liderliyinə əsaslanan beynəlxalq nizam getdikcə qaçılmaz olaraq daha çox şübhə altına alınacaq”.

DİGƏR XƏBƏRLƏR

Top