Dünyanın ən böyük qızıl külçəsi tapıldı

Qərbi Avstraliya ştatının "Beta Hunt" mədənində qazma işləri zamanı dünyanın ən böyük qızıl külçəsi tapılıb. Yeniavaz.com report-a istinadən xəbər verir ki, 88,9 kiloqramlıq külçədə 63,5 kiloqram saf qızılın olduğu güman edilir.

Külçə ilkin olaraq 2 milyon dollar məbləğində qiymətləndirilib.

Qeyd edək ki, həmin külçəni tapan qazmaçı az sonra 59,69 kiloqram çəkidə daha bir qızıl külçəyə rast gəlib.

DİGƏR XƏBƏRLƏR

Top