"Müharibə elan edirlərsə, deməli, ermənilərin lap ağlı qaçıb" - Deputat

Xəbər verildiyi kimi, Ermənistan Parlamenti sentyabrın 12-də şərti adı "Şant- 2018" olan komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana qarşı müharibə elan edib.

Bildirilir ki, Parlament hökumətin 12 sentyabr tarixli müraciətini əsas götürərək, Ermənistan Konstitusiyanın 118-ci maddəsini rəhbər tutaraq Azərbaycana qarşı müharibə elan etmək qərarına gəlib.

Məsələ ilə bağlı Yeniavaz.com saytına açıqlama verən millət vəkili Aqil Abbas deyib ki, Ermənistan Parlamentinin bu qərarı Azərbaycanın xeyrinə olacaq: "Ermənistanın bizə müharibə elan etməsi barədə yazılanları oxumamışam. Müharibəni qərargah elan edə bilməz, Prezident və parlament elan edə bilər. Deməli, bunların lap ağlı qaçıb. Bu, bizim xeyrimizə olacaq. Müharibə elan edərlərsə, cavablarını alarlar, Qarabağı da azad edərik".

Deputat deyib ki, Ermənilər Azərbaycana müharibə elan edirlərsə, ordumuz, millətimiz hazır olmalıdır: "Ermənilərin bizimlə müharibə etməyə gücü çatar? Dünya ictimaiyyəti kimin tərəfində duracaq? Kim müharibə edirsə, dünya ictimaiyyəti onun əleyhinə olur. Guya Ermənistan işğalçılıq siyasətini gizlətmişdi indiyə qədər? Onların başı gicişib, müharibə etmək istəyirlərsə, buyursunlar eləsinlər, layiqli cavablarını da alsınlar. Ordumuz hazır olmalıdır, millət hazır olmalıdır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top