Makronun xanımı seriala çəkildi

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron Fransanın “Vestiaires” serialında çəkilib. Yenivaz.com “RİA Novosti”yə istinadən xəbər verir ki, onun iştirakı ilə serial sentyabrın 15-də efirə çıxacaq.

“Vestiaires” qısmetrajlı serialdır. Serialın qəhrəmanları üzgüçülər Romi və Orson, əlillərdir. Lakin fiziki çatışmazlıqlar kişiləri yumor hissindən məhrum etməyib. Onlar öz yoldaşıları və tamaşçılarla yumor hisslərini bölüşürlər.

DİGƏR XƏBƏRLƏR

Top