Ağızdakı yaraları 1 saat içində yox edir - İNANILMAZDIR

Ağızda yaraların, səpgilərin yaranması insanı olduqca narahat edən bir durumdur.

Ağız yaraları yemək yeyərkən və ya isti bir şey içərkən olduqca ağrı və göynəmə verir. Adətən bu yaraların sağalması prosesi bir neçə gün davam edir. Yeniavaz.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, ağız yaralarını 1 saat içində yox etmək mümkündür. Bunun üçün maraqlı və olduqca sadə bir üsulu yoxlaya bilərsiniz. Belə ki, ağız içində əmələ gələn yaraları sağaltmaq üçün qarqara etmək lazımdır. Ancaq bu qarqara digərlərindən xeyli fərqlənir. Belə ki, onu özünüz evdə hazırlamalısınız. Bunun üçün elə də çox şey tələb olunmur - evdə su və sumağın olması kifayət edir. Tək edəcəyiniz şey su ilə sumağı bir qaba töküb qaynatmaqdır.

Lazım olanlar:

- 1 yemək qaşığı sumaq

- 1 stəkan su.

Onların hər ikisini qarışdırıb qaynatdıqdan sonra ağzınızı qarqara edin. Bu qarqara diş ətinizə də faydalıdır.

Sumağın faydaları...

Adi qaydada yeməkdə sumaqdan istifadə etmək də insan orqanizmi üçün çox faydalıdır.

1. Qaraciyəri qoruyur.

2. İştahı açır.

3. Həzmi asanlaşdırır.

4. Sidik xəstəliklərinə müsbət təsir göstərir.

5. Ürəyə xeyirlidir.

6. Tənəffüs problemi olanlara yaxşı təsir edir.

7. İshalı kəsir.

8. Qandakı şəkər miqdarını azaldır.

9. İltihab zamanı xeyirlidir.

10. Antikanserogen təsiri var.

11. Dəriyə yaxşı təsir göstərir.

12. İnfeksion xəstəliklərin qarşısını alır.

13. Qızdırmanı salır.

14. Antibakterial təsiri var.

DİGƏR XƏBƏRLƏR

Top