“Heydər Əliyevi və İlham Əliyevi sevən “Əhlibeytçilər”, yazıma hazır olun" - Zahid Oruc

“Məhəmməd peyğəmbərin karikaturasını çəkən “Şarli Hebdo”nu gülləboran etmək yox, ona cavab vermək, Qurani-Kərimi yandıranları süngüyə taxmaq yox, müqəddəsliklərin yanmazlığını sübuta yetirmək, İslam dinin terror deyil, barış və sülh dini olduğunu göstərmək əvəzinə bizim hər sətrimizi zərrəbinlə izləməyə çıxanlar, doğrusu, məni çox sevindirir”.

Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib.

Z.Oruc onu tənqid edənlərə cavab olaraq bildirib ki, əgər həmin şəxslər peyğəmbərləri seçilmiş bəndələr sayırlarsa, o zaman yer üzündə hökm sahibi olan və insanların taleyinə təsir göstərən hər kəsin onlarla müqayisə ediləcəyinə təbii baxmalıdırlar: “Lakin heç təəccüblü deyil ki, Musa peyğəmbərin müdafiəçiləri Məhəmməd peyğəmbərin üzərinə gələn selin qarşısına bircə dəfə olsun çıxmırlar. Demək, rəqiblərin nə düşündüyü sizlər üçün həyati əhəmiyyət daşıyır. Elə isə, “Heydər Əliyevi və İlham Əliyevi sevən “Əhlibeytçilər” yazıma hazır olun. Söhbət dindən deyil, siyasətdən gedəcək. Ona görə sevgilərinizi və süngülərinizi hazır tutun!”.

Xatırladaq ki, Z.Oruc məqaləsində dövlət başçısını Musa peyğəmbərlə müqayisə etdiyinə görə tənqid olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top