Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 80,29 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi gününə olan göstəricidən 1,3 dollar/barel çoxdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 11-də 79,55 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 11-də 76,69 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,26 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə sentyabrın 11-də 77,93 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,29 dollar/barel çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top