Paşinyan Serj Sarqsyanın qardaşına 30 milyon dolları qaytarmaq üçün 1 həftə vaxt verdi

Robert Koçaryan və Serj Sarqsyan Ermənistanın qarət edilməsinə görə məsuliyyət daşıyırlar və onlar məhkəmə qarşısına çıxmalıdırlar. Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Mənim addımım” blokunun seçkiqabağı mitinqində çıxış edərkən deyib.

Onun sözlərinə görə, S. Sarqsyanın qardaşı Aleksandar Sarqsyanın təkcə bir bankda 30 milyon doları var və bütün bu vəsaitə həbs qoyulub: “Rober Koçaryanın ailəsinin milyardları var, “Konqress” mehmanxanası Koçaryanın oğlu və qızına məxsusdur, mehmanxanın qiyməti bir neçə milyon dollardır”.

N. Paşinyan oğurlanmış pulları toplamağa və xalqa könüllü verməyə çağırıb. O belə olan halda meydanda xalqla onları bağışlayıb-bağışlamamağı müzakirə etməyə vəd verib: “Əgər bunu etməsəniz, sizin böyük problemləriniz olacaq, heç kəs sizə kömək etməyəcək, dünyada elə bir qüvvə yoxdur ki, sizə kömək etsin”.

O tələb edib ki, A. Sarqsyan bir həftə ərzində 30 milyon dolları və qalan vəsaiti dövlət büdcəsinə qaytarmağı açıq şəkildə üzərinə götürsün: “Əgər Nikol Paşinyana nəsə olarsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatillər hesab etdikləri şəxsləri məhkəməsiz cəzalandıracaq”.

DİGƏR XƏBƏRLƏR

Top