Rusiyadan kapital çıxışı 3 dəfəyə yaxın artıb

2018-ci ilin yanvar-avqust aylarında Rusiyada özəl sektor tərəfindən xalis kapital çıxarılması 26,5 milyard dollar təşkil edib, bu da ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 2,8 dəfə çoxdur. Yeniavaz.com “Kommersant” qəzetinə istinadala xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının məlumatında deyilir.

Öz növbəsində Rusiyanın beynəlxalq ehtiyatları 36,1 milyard dollar artıb. Bu, büdcə qaydası çərçivəsində xarici valyutanın alınması ilə bağlıdır.

Xatırladaq ki, Rusiya İqtisadiyyat Nazirliyi sentyabrın əvvəlində Rusiyadan xalis kapital çıxışı üzrə proqnozu 2018-ci il üçün 18 milyard dollardan 41 milyard dollaradək yüksəldib.

DİGƏR XƏBƏRLƏR

Top