Mingəçevirdə yataqxanada yanğın - Körpəni xilas edən qonşular zəhərlənib

Mingəçevir şəhəri, H. Əliyev prospektində yerləşən yataqxanada yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, yataqxananın birinci mərtəbəsində baş verən yanğına səbəb nasaz elektirik xətləri olub.

Şəhid ailəsinə məxsus 9 nəfərlik ailənin yaşadığı bir otaqlı ev əşyaları ilə birlikdə yanıb. Evin sahibəsi, şəhid anası Limunət xanımın dediyinə görə, evdə yanğın zamanı körpəni xilas edən qonşulardan bir neçəsi tüstüdən zəhərlənib.

Onlara təcili yardım birqadası yardım göstərib. Mingəçevir Yanğından mühafizə birqadası yanğını söndürüb, qonşu otaqlar mühafizə olunub.

Hazırda 9 nəfərlik ailə çöldə qalıb.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top