Polis rəisini çıxartmaq üçün yığışan sakinləri qanlarına boyadılar - 20 ölü

Əfqanıstanda keçirilən etiraz aksiyası zamanı partlayış baş verib. Sputniknews xəbər verir ki, Nanqarhar vilayətində baş verən partlayış nəticəsində 20-dən çox insan ölüb.

Hadisə terror aktıdır və etiraz aksiyası keçirənlərə qarşı yönəldilib.

Belə ki, üzərinə bomba bağlayan intiharçı-terrorçu izdihamın arasına daxil olaraq özünü partladıb.

Hər hansı terror qruplaşması hələlik partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, etirazçılar Açin vilayətinin polis rəisinin işdən azad edilməsini tələb etmək üçün toplaşmışdılar.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top