“İllərlə ət yemirik...” - Butulkanın içindən məktub çıxdı

Çelyabinsk 3 saylı vilayət xəstəxanasının doğum evində işçilər təmir zamanı butulka, onun içində isə məktub aşkar ediblər.

Yeniavaz.com milli.az-a istinadən xəbər verir ki, tapıntının müəllifləri məktubun 1980-ci illərə aid olduğunu iddia edirlər. Çünki məktubda Brejnev dövrünün ağır şəraitindən şikayət olunur. "180-200 rubl kiçik maaş alırıq, illərlə ət görmürük. Bizim rəhbərimiz yoldaş Brejnev hər şeyi xaricə göndərir... Ümumiyyətlə, yaşamaq asan deyil", - məktubda yazılıb.

Doğum evinin mamaçası Natalya Svetkova yerli KİV-ə tapıntını təsdiq edib.

DİGƏR XƏBƏRLƏR

Top