İran İraq ərazisinə raket zərbəsi endirdi


İran İslam İnqilabının Keşikçiləri Korpusu (İİKK) İraq ərazisində yerləşən və ölkədə fəaliyyətinə qadağa qoyulmuş İran Kürdüstanı demokratik partiyasının qərargahına raket zərbəsi endirildiyini təsdiqləyib.

Bu barədə “Tasnim” agentliyi xəbər yayıb.

“Şənbə günü ən qəddar və cinayətkar qruplaşmalardan birinin rəhbərlərinin toplaşdığı qərargaha qarşı uğurlu əməliyyat keçirilib. Qərargah eyni zamanda terrorçuların təlim mərkəzi kimi istifadə edilib. Hədəfə “yer-yer” sinfinə aid 7 raket buraxılıb”, - İİK-nin bəyanatında deyilir.

Əməliyyat zamanı onlarla terrorçunun məhv edildiyi və yaralandığı qeyd olunub.

Daha öncə kürdlərə aid “Rudaw” telekanalı raket zərbəsi nəticəsində 9 nəfərin həlak olduğu, 30 nəfərin isə yaralandığı barədə məlumat vermişdi.(Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top