Mariya Stadnik çempion oldu


Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.

Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən qadınlardan ibarət yığmanın lideri Mariya Stadnik (50 kq) qızıl medal qazanıb.

M.Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb.

Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

Beləliklə, Mariya daha bir yarışda çempion olub.

DİGƏR XƏBƏRLƏR

Top