SOCAR nəzərdə tutulan yaşayış və səhiyyə obyektlərinin heç birini tikməyib

Ötən il SOCAR üzrə nəzərdə tutulan kapital qoyuluşu tam şəkildə yerinə yetirilməyib. Yeniavaz.com Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən açıqlanan illik hesabata istinadən bildirir ki, nəzərdə tutulan kapital qoyuluşu 1 milyard 812 milyon 850,6 min manat olsa da, bunun cəmi 66,5%-i və ya 1 milyard 204 milyon 759,8 min manatı icra olunub.

2017-ci ildə SOCAR-da tikinti üzrə 1 miyard 261 milyon manatlıq kapital qoyuluşu planlansa da, bunun yalnız 41,4%-i və ya 522,5 milyon manatı icra olunub.

Qeyri-sənaye tikintisi üzrə 1 milyon manat həcmində yaşayış, 1 milyon manat həcminə isə səhiyyə tikintisi nəzərdə tutulsa da, ötən il bu istiqamətdə heç bir tikinti həyata keçirilməyib.

DİGƏR XƏBƏRLƏR

Top