Gömrükdən büdcəyə daxil olan vəsaitlər açıqlandı

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxil edilən vəsait ötən ilin analoji dövrü ilə müqayisədə 17,7% və ya 49 miyon 677 min manat artaraq 329 milyon 805 min manata çatıb.

Yeniavaz.com Dövlət Gömrük Komitəsindən verilən məlumatlara istinadən bildirir ki, son bir ay ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 85 milyon 936 min manat, əlavə dəyər vergisi üzrə 220 milyon 235 min manat, aksizlər üzrə 20 milyon 48 min manat, yol vergisi üzrə isə 3 milyon 585 min manat olub.

Bu ilin ilk 8 ayı ərzində isə Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 2 milyard 271 milyon manat vəsait daxil olub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33% çox olub.

DİGƏR XƏBƏRLƏR

Top