İsrailli hərbçilərlə toqquşma: 1 fələstinli həlak olub, 210-u yaralanıb

Qəzza zolağı sərhədində israilli hərbçilərlə toqquşmalar nəticəsində azı 210 fələstinli xəsarət alıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Qəzza anklavının Səhiyyə Nazirliy məlumat verib.

Bildirilir ki, 70-ə yaxın adam xəstəxanalara gətirilib, qalanlarına yerindəcə yardım edilib. Etirazçıların təqribən 30-u odlu silahdan yaralanıb. Daha əvvəl isə 17 yaşlı yeniyetmənin öldürüldüyü barədə məlumat yayılıb. O, Qəzza zolağının şərqindəki Rafah şəhərində güllələnib.

Xatırladaq ki, Qəzzada etiraz aksiyaları ənənəvi olaraaq martın sonundan bəri davam edən “Qayıdış marşı” çərçivəsində cümə namazından sonra başlayıb. Qəzza hakimiyyətinin məlumatına görə, marşın başlamasından ötən dövr ərzində təqribən 175 ərəb həlak olub, zolağın 19 mindən çox sakini xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top