"DİM-in imtahanlarında uğur qazananlardan 1122 nəfər BMU-ya qəbul olub"

Bakı Mühəndislik Universiteti (BMU) uğurlu fəaliyyəti ilə ictimaiyyətdə və xüsusən abituriyentlər arasında müsbət fikir formalaşdırıb. Tədris ili ərzində həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi universitetə 2018-2019-cu tədris ili üzrə aparılmış qəbulda öz bəhrəsini verib.

Universitetin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumatda bildirilir ki, DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən 1122 nəfər BMU ixtisaslarını seçib: “Bunlardan 551 tələbə dövlət sifarişli, 571 tələbə ödənişli əsaslarla, 487 tələbə isə ingilis dilində olan ixtisasları seçib. 2017-18-ci illə 2018-19 tədris ili üzrə qəbulun müqayisəsini apardıqda qəbulun ümüumi sayında və yüksək bal kateqoriyasında müsbət fərqi görünür. Ötən il 772 tələbə bu il isə 1122 tələbə BMU ixtisaslarına qəbul olub. Ötən il 500-599 bal toplamış 138, 600-649 bal toplamış 85, 650-baldan çox 30 tələbə qəbul olmuşdursa, bu il isə 500-599 bal toplamış 89, 600-649 bal toplamış 91 və 650 baldan çox toplamış 48 tələbə BMU-ya qəbul olunub. Ümumilikdə bu il 138 tələbə 600-dən cox bal toplamışdır ki, bunlardan da 122-si ingilis dilli ixtisaslara 16 nəfəri isə Azərbaycan dilində olan ixtisaslara qəbul olunub. 600 baldan çox toplayan tələbələr əsasən Kompyuter mühəndisliyi (ing) 30 nəfər, İnformasiya texnologiyaları (ing) 30 nəfər, Mühasibat uçotu və audit (ing) 15 nəfər, Kimya mühəndisliyi (ing) 14 nəfər , Maliyyə (ing) 8 nəfər, Mexanika mühəndisliyi (ing) 7 nəfər, Biznes işinin təşkili və idarə edilməsi (ing) 5 nəfər, Dünya iqtisadiyyatı (ing) 4 nəfər, Riyaziyyat və informatika müəllimiyi (ing) 4 nəfər, Kimya müəllimliyi (ing) 2 nəfər, Riyaziyyat müəllimliyi (ing) 1 nəfər, Fizika müəllimliyi (ing) 1 nəfər, Sənayenin təşkili və idarəolunması (ing) 1 nəfər, Kompyuter mühəndisliyi (Az) 8 nəfər, Sistem mühəndisliyi (Az) 7 nəfər və Proseslərin avtomatlaşdırılması (Az) 1 nəfər ixtisaslarını seçmişlər.

Kompüter mühəndisliyi ixtisasının keçid balı 648, İnformasiya texnologiyaları ixtisasının keçid balı isə 634 olmuşdur.

Mühəndislik və iqtisadiyyat ixtisasları ilə yanaşı, 1-ci və 4-cü qruplar üzrə pedaqoji ixtisasları da yüksək ballı abituriyentlər seçmişlər. Belə ki, 671 balla Riyaziyyat və informatika müəllimliyi (ingilis dilində), 669 balla riyaziyyat müəllimliyi(ingilis dilində), 634 balla kimya müəllimliyi (ingilis dilində), 611 balla fizika müəllimliyi (ingilis dilində) (ingilis dilində), 557 balla biologiya müəllimliyi ixtisaslarını seçərək tələbə adına layiq görülmüşlər.

Qeyd edək ki,ingilis dilində olan ixtisaslara qəbul olunan tələbələr birinci tədris ili universitet kampusunda yerləşən Dillər məktəbində ingilis dili öyrənirlər. Növbəti 4 ili isə ingilis dilində ixtisas dərslərindən tədris olunurlar.

Kampusda yerləşən müasir tipli qız və oğlan yataqxanaları da tələbələrin istifadəsindədir. Yataqxanalarda yaradılmış şərait imkan verir ki, tələbələr ancaq dərsləri ilə məşğul olsunlar.

Universitetin kitabxanasında olan 100 mindən artıq kitab və elektron dərs vəsaitləri də tələbələrin istifadəsindədir. Universitet kampusunda yaradılmış şərait imkan verir ki, tələbələr universitet kampusundan kənara çıxmadan günlük tələbatlarını təmin edə bilsinlər".

DİGƏR XƏBƏRLƏR

Top